Tarix: 10-01-2025, 18:00
Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.
Shir.az-ın məlumatına görə, bunu Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.
Azərbaycan-Litva əlaqələrinin tarixində hər iki ölkənin və xalqlarının bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını deyib.
O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğulayıb.