Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 6-02-2025, 11:30

Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan "Bank Respublika" ASC və respublikamızın qabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Memorandum Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov və BANM-in rektoru Elmar Qasımov imzalayıb.

Mərasimdə hər iki qurumdan nümayəndələr, eləcə də təhsil ocağının tələbələri iştirak ediblər.

Bu əməkdaşlıq hər iki tərəfə yeni imkanlar yaradacaq. "Bank Respublika" üçün bu, gənc, yaradıcı və potensiallı mütəxəssislərlə birbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını erkən mərhələdə dəyərləndirmək imkanıdır. Digər tərəfdən, BANM-in tələbələri real iş mühiti ilə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq, bank sahəsindəki yenilikləri birbaşa öyrənmək şansı əldə edəcəklər.

Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkil olunması, "Bank Respublika"nın mütəxəssislərinin təlim və seminarlar keçirməsi, eləcə də gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.

Müəllim və tələbə heyəti qarşısında çıxış edən T.İsmayılov qeyd edib:Biz təhsilin inkişafını və gənclərin dəstəklənməsini strateji prioritetlərimizdən biri hesab edirik. BANM təhsil sahəsində yenilikçi yanaşmaları, elmi tədqiqatlara verdiyi dəstəklə tanınır. Bu məktəb gənc ixtisas sahiblərinin beynəlxalq standartlara uyğun şəkildə hazırlanmasında, onlara analitik düşüncə bacarıqları, liderlik qabiliyyətləri aşılamaqda əvəzsiz rol oynayır. Biz bu əməkdaşlığı təkcə memorandum kimi yox, uzunmüddətli və perspektivli bir tərəfdaşlıq kimi qiymətləndiririk. Biz inanırıq ki, bu cür təşəbbüslər gənclərin peşəkar bacarıqlarının inkişafına dəyərli töhfə verəcək və onların gələcəyin uğurlu liderləri kimi formalaşmasına şərait yaradacaq”.

E.Qasımov da öz növbəsində bildirib:“Bank Respublika" kimi aparıcı və nüfuzlu maliyyə qurumu ilə əməkdaşlıq tələbələrimiz üçün unikal imkanlar yaradacaq. Bankın sosial məsuliyyət layihələrinə verdiyi önəm, xüsusilə təhsilin dəstəklənməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrimizə yalnız nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək deyil, həm də "Bank Respublika" kimi dinamik və peşəkar mühitdə çalışaraq gələcək karyeralarına güclü bir əsas yaradacaq. Bu, həm də tələbələrimizə real iş proseslərini yaxından müşahidə etmək və özlərini inkişaf etdirmək üçün geniş imkanlar açacaq.”

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930