Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 14-04-2025, 12:30

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və suverenlik ili” elan edilməsi münasibətilə, cari ilin 14 aprel tarixində Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Ulu öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib. 

Shir.az xəbər verir ki, konfransda prokurorluq, hüquq mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Konfransı giriş nitqi ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında dayanan prioritetlərdən bəhs edib. Rektor çıxışında qeyd edib ki, Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzi kimi formalaşmaq yolundadır.

Şahin Bayramov xüsusilə vurğulayıb ki, Universitetin fəaliyyətində Heydər Əliyev irsinin, dövlətçilik prinsiplərinin və suverenlik dəyərlərinin təbliği əsas istiqamətlərdəndir.

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək Heydər Əliyev irsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. O, qeyd edib ki, gənc nəslin tərbiyəsi mühüm əhəmiyyət kəsb edir, hər bir gəncimiz tariximizə ehtiramla yanaşıb onu dərindən mənimsəməli, xüsusən xalqımızın qanı bahasına əldə edilmiş suverenliyimizin təminatını özlərinə ən ümdə məqsəd bilməlidirlər. 

Nazir, həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – o cümlədən Qarabağda – təhsil infrastrukturunun yenidən qurulmasının və təhsilin keyfiyyətli şəkildə bərpasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu ərazilərdə təhsil sistemi yalnız fiziki olaraq deyil, həm də mənəvi və ideoloji cəhətdən tam suveren Azərbaycan modelinə uyğun şəkildə yenidən formalaşdırılır.

Baş prokuror Kamran Əliyev öz çıxışında Ulu Öndər Heydər Əliyevin suveren Azərbaycanın hüquqi əsaslarının formalaşdırılmasında müstəsna tarixi rolunu, Qarabağ bölgəsinə və ümumilikdə ərazi bütövlüyümüzə dair prinsipial mövqeyini qeyd edərək, bu siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031