Son xəbərlər:
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi                        Ulu Öndər Heydər Əliyev - Azərbaycan dövlətçilik tarixinin əbədi zirvəsi                        “Milli Musiqimiz Bizim Kimliyimizdir - Novruz Aslan: Sənət Köksüz Yaranmır”                        «Новруз Аслан: Сильный лидер - главный фактор стабильности государства»                        Vilayət Eyvazov gənclərin sıra baxışında iştirak etdi                        Milli Məclis üzvü Novruzəli Aslanov vətəndaşların müraciətlərini dinləyib                        İlham Əliyev “Matanat-A” şirkətinin yeni istehsal müəssisəsini işə saldı                        Prezident bu idmançıları mükafatlandırdı                        Prezident onlara rütbə verdi                        Bakıda Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı keçirildi                        İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi                        Novruzəli Aslanov: Prezidentin çıxışı dövlət idarəçiliyində yeni düşüncə mərhələsidir                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı                        İlham Əliyev Ərdoğana zəng etdi                        Azərbaycan XİN Türkiyəyə bağsağlığı verdi                        Ərdoğandan təyyarə qəzası ilə bağlı ilk açıqlama                        Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi                        İlham Əliyev Ərdoğana başsağlığı verdi                        Ağ Ölümə Qarşı Birlikdə: Nərimanovda Maarifləndirici Tədbir                        Generaldan Azərbaycan xalqına təbrik...                        Azərbaycanda Zəfər Günü qeyd olunur                        Азербайджан воевал достойно. Наша совесть и руки чисты - Новруз Аслан                        Azərbaycanda əsgərlərə telefon və nömrə veriləcək                        Prezident 4 fərman imzaladı                        Novruz Aslan: "Üçrəngli bayrağımız - Qürurumuzun, zəfərimizin və birliyimizin rəmzi"                        Zəfər Günümüz - Qürurumuz, Şərəfimiz, Əbədiyyətimizdi                        Novruzəli Aslanov: “Elmin milli kimliyin və tarixi yaddaşın qorunmasındakı rolu - Prezident İlham Əliyevin çıxışı yeni mərhələnin başlanğıcı oldu”                        Neft yenidən bahalaşdı                        Тем, кто свысока смотрят на тюркский мир, есть чему поучиться у наших лидеров - РАСКЛАД от Новруза Аслана                        “Xudafərin üzərində dalğalanan qürur - 18 oktyabr 2020-ci il tarixinə yazılan zəfər" - Nazlı Onur                       
Tarix: 17-04-2025, 11:30

Bakı şəhərində çoxmərtəbəli binaların inşası ilə məşğul olan “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətini məhkəmə qərarlarını icra etməməkdə ittiham edir.

Shir.az xəbər verir ki, bu barədə Axar.az-a şirkətdən daxil olan müraciətdə bildirilib.

Qeyd edilib ki, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamla Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində yeni hündürmərtəbəli binaların tikilməsi məqsədi ilə 4,44 hektar ərazi “Star City Construction” MMC-nin daimi istifadəsinə verilib. Sərəncama əsasən layihələndirmə və planlaşdırma işləri aparılıb, zəruri razılaşmalar əldə olunub, torpaq sahəsinin geoloji təhlili və ekspertizası keçirilib. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanaraq təsdiqlənib.

Lakin 1 oktyabr 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti xəbərdarlıq və əsaslandırma olmadan həmin sərəncamı ləğv edib. Sonradan məlum olub ki, eyni ərazi Bakı Şəhər İcra Hakimiyyətinin 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə “Ailə Park” MTK-ya ayrılıb.

Şirkət qeyd edir ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bu əlavə isə əvvəlcədən bildirilmədən və xəbərdarlıq edilmədən həyata keçirilib. Maraqlıdır ki, həmin sərəncamda yalnız “ESRA” MMC-nin eskiz layihəsinin qüvvədən düşməsi üçün aidiyyəti quruma müraciət edilməsi qeyd olunsa da, “Star City Construction” MMC ilə bağlı belə bir bəndə yer verilməyib. Bu səbəbdən də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sərəncamdan xəbərsiz olub və 14 mart 2018-ci il tarixli, 4/244 nömrəli məktub əsasında “Star City Construction” MMC-yə aid eskiz layihə hələ də qüvvədədir.

Bu qanunsuzluqla bağlı “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs qismində “Ailə Park” MTK olmaqla) sərəncamın ləğv edilməsinə dair məhkəmə iddiası qaldırıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-241/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunub və Nərimanov Rayon İcra Hakimiyyətinin 1 oktyabr 2018-ci il tarixli, 356 nömrəli sərəncamının “Star City Construction” MMC-yə aid hissəsi – yəni 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamın hüquqi qüvvədən düşməsi ilə bağlı bəndi ləğv edilib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1979/2024 saylı qərarı ilə isə Nərimanov Rayon İcra Hakimiyyəti və “Ailə Park” MTK-nın kassasiya şikayətləri təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Beləliklə, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncam – Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdəki binaların sökülməsi və yerində yeni çoxmənzilli binaların tikilməsi məqsədilə 4,44 ha ərazinin “Star City Construction” MMC-nin istifadəsinə verilməsini nəzərdə tutan hüquqi sənəd – hazırda qüvvədədir.

Lakin Ali Məhkəmənin qərarından altı ay keçməsinə baxmayaraq, ərazidə “Ailə Park” MTK tərəfindən tikinti işləri davam etdirilir:

“Altı ay keçməsinə baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyəti Ali Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli qərarını icra etmir. Ərazi bizə təhvil verilməyib, layihənin icrasına başlamaq üçün heç bir şərait yaradılmayıb. Eyni zamanda, “Ailə Park”ın ərazidə apardığı tikinti və söküntü işləri dayandırılmayıb”.

Bundan əlavə, qeyd olunur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı 5 noyabr 2024-cü il tarixli, 2-1(112)-2242/2021 saylı iş üzrə məcburi icra vərəqəsi verilib. Həmin qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarının icrası tələb olunub və 20 gün ərzində bu barədə məhkəməyə məlumat verilməsi tapşırılıb. Lakin bu müddət keçsə də, heç bir tədbir görülməyib.

Şirkət bildirir ki, məsələ ilə bağlı Prezident Administrasiyasında dəfələrlə görüşlər keçirilib:

“Prezident Administrasiyasından dəfələrlə bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq göstəriş veriləcək. Lakin Nərimanov Rayon İcra Hakimiyyəti nə Prezident Administrasiyasının göstərişlərinə, nə də məhkəmə qərarlarına əməl edir”.

Şirkət həmçinin vurğulayır ki, onlara alternativ ərazi də təklif olunmayıb:

“Bizə ayrılmış 4,44 hektar ərazidən 2,752 hektarı “Ailə Park”a verildikdən sonra qalan 1,688 hektar da bizə təqdim edilməyib. Dəfələrlə bildirmişik ki, əgər sərəncamda göstərilən ərazinin verilməsi mümkün deyilsə, rayonun istənilən digər hissəsində bizə 4,44 hektar ərazi ayrılsın – hətta zibillik sahə olsa belə, biz layihəni orada həyata keçirməyə hazırıq. Lakin indiyədək bizə heç bir alternativ yer təklif olunmayıb”.

Qeyd edək ki, mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Nərimanov İcra Hakimiyyətinə sorğu verilib.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031