Tarix: 11-07-2024, 15:30
Son iki ayda ilansancma ilə bağlı müraciət edənlərin sayında artım müşahidə edilib.
Shir.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi məlumat yayıb.
Qeyd edilib ki, may-iyun ayı ərzində ümumilikdə 36 nəfər müraciət edib.
Yaralıların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ölüm halı qeydə alınmayıb.