Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 11-07-2024, 15:46

İyulun 9-10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd və Buxara şəhərlərinə işgüzar səfər edib.

Agentliyin mətbuat xidmətindən mediaya bildirilib ki, məqsəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin həmsədrliyi ilə Buxara şəhərində keçirilən Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak, həmçinin Özbəkistanın müvafiq dövlət qurumları ilə işgüzar görüşlərin keçirilməsi olub. Komissiyanın iclası zamanı gündəlikdə olan məsələlər müzakirə edilib. Sonda Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasının yekunlarına dair protokol imzalanıb.

Səfər çərçivəsində Daşkənd şəhərində Dövlət Agentliyinin sədr müavini ilə Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin müavini Maxkamov Otabek Muxtaroviç arasında ikitərəfli görüş keçirilib. Görüşdə qurumlar arasında sosial innovasiyalar, startaplar və digər fəaliyyət sahələri üzrə əməkdaşlığa dair birgə yol xəritəsinin hazırlanması ilə əlaqədar müzakirələr aparılıb. Nazir müavini Dövlət Agentliyi ilə əməkdaşlığından məmnunluğunu və birgə fəaliyyətə hazır olduğunu ifadə edib.

Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “INNO texnopark” və “Yaşnobad” innovasiyalar texnoparklarının rəhbərləri ilə də ikitərəfli görüşlər keçirilib. Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci il 15 dekabr ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq faəliyyətinin təşkili, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramlarının implementasiyası və birgə yol xəritəsinin hazırlanmasına dair geniş müzakirələr aparılıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930