Son xəbərlər:
Sabah yağış yağacaq                        Hadrut məscidində eyni vaxtda 210 nəfər ibadət edə biləcək                        İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib                        Bilik Günü münasibətilə məktəbdə təntənəli tədbir keçirildi                        Baş prokurorun Naxçıvanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib                        İlham Əliyev Xocalıda...                        Məhərrəm Əliyevin qohumu yenidən həbs edildi                        Kəlbəcərdə 33 il sonra ilk zəng çalındı                        Türkiyə XİN Azərbaycanı təbrik etdi                        İlham Əliyev Xocalıda tut bağında - Foto                        Prezident Xocalıda bu ailənin qonağı oldu - Foto                        DYP nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib                        Xəzər dənizində zəlzələ...                        15 Sentyabr - Bilik Günü:                        Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür                        Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına üç medalla başlayıb                        İlham Əliyev: Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi                        Prezident İlham Əliyev: Son beş ilin tarixi Zəfər tarixidir                        İndoneziyada güclü zəlzələ olub                        Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib                        İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub                        Rusiya Xəzərdə təlimlərə başladı                        İlham Əliyev Hadrutda məscidin açılışında iştirak etdi                        İlham Əliyev Hadruta getdi                        Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzaladı                        İlham Əliyev Füzulidə bu kəndin təməlini qoydu                        Faktiki hava: Bu ərazilərə yağış yağır                        Güləş üzrə dünya çempinatı Bakıda keçiriləcək                        Ceyhun Bayramov Qətərə getdi                       
Tarix: 29-04-2025, 16:00

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddinin Shir.az-a müsahibəsi:

- Pahalqamda baş vermiş son terror hücumu nəticəsində 26 nəfərin faciəvi şəkildə həyatını itirməsi Pakistan və Hindistan arasında münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Bu faciədən sonra Hindistanın Hind çayları üzrə müqaviləni dayandırmasına və Pakistan diplomatlarını ölkədən çıxarmasına Pakistan necə yanaşır?

- İlk növbədə, hökumətimiz həlak olanların ailələrinə başsağlığı verib. Pakistan terrorizmin bütün formalarını və təzahürlərini rədd edir. Hindistan tarixən belə hadisələrdən öz saxta bayraq əməliyyatları üçün istifadə edib. Bu, ilk dəfə deyil. Hətta bu hadisə nə qədər faciəvi olsa da, bu cür hücumların məqsədi adətən Modi rejiminin dar daxili siyasi gündəmini irəlilətmək və Hindistan hökumətinin işğal olunmuş Cammu və Kəşmirdə həyata keçirdiyi repressiv siyasətlərdən diqqəti yayındırmaq olur.

Diplomatların qovulmasına gəldikdə, bu, çox təəssüf doğuran və qeyri-rasional bir addımdır. Belə gərgin məqamlarda diplomatiya və dialoqun önəmi daha da artır, diplomatik qapıların bağlanması isə vəziyyəti yalnız daha da gərginləşdirə bilər. Amma bu, Hindistanın illərdir davam etdirdiyi köhnə yanaşmasıdır, yeni bir şey deyil.

Hind çayları üzrə müqavilə 1960-cı illərdə imzalanıb və Dünya Bankı bu müqavilənin təminatçısıdır. Müqavilənin şərtlərinə əsasən, heç bir tərəf onu birtərəfli şəkildə dayandıra, ləğv edə və ya dəyişdirə bilməz. Bu müddəalar müqavilənin əsas sənədində öz əksini tapıb və həmin sənəd açıq şəkildə Dünya Bankının veb saytında da yerləşdirilib. Bu, gizli bir sənəd deyil. Ona görə də biz beynəlxalq təşkilatlara müraciət edəcəyik ki, Hindistan bu hüquqi öhdəliklərindən yayınmasın. Onu da qeyd edim ki, Hind çayları hövzəsi Pakistan üçün həyat mənbəyidir. Kənd təsərrüfatımız, içməli su təchizatımız bu çaylara bağlıdır. Beləliklə, müqavilə ilə Pakistanın hüququ olan suların qarşısının alınması müharibə aktı kimi qiymətləndiriləcək. Hindistan bunu çox yaxşı bilir və ümid edirəm ki, Hindistan hökumətində ağıl və məsuliyyət üstünlük təşkil edəcək. Bu cür qeyri-rasional bəyanatlar və ritorika yalnız daxili auditoriyaya yönəlib və mən doğrudan da həm region, həm də Hindistanın özü üçün dua edirəm ki, onlar Pakistanın sularını dayandırmaq kimi ağılsız bir addım atmasınlar.

- Hindistan Pahalqamda baş vermiş terror hücumu ilə əlaqədar olaraq, bu hücumu “Ləşkər-e-Taibə” adlı silahlı qrupla əlaqələndirərək, Pakistanı sərhədyanı terrorizmi dəstəkləməkdə ittiham edir. Pakistan bu ittihamlara rəsmi olaraq necə cavab verir və narahatlıqları aradan qaldırmaq üçün hansı addımları atır?

- Bu sual üçün təşəkkür edirəm. İlk növbədə, qeyd etməliyəm ki, heç bir etibarlı mənbədən, hər hansı bir təşkilatın bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünə dair hər hansı bir məlumat almamışam. Əslində, hazırda artıq beş-altı gün keçməsinə baxmayaraq, Hindistan hələ də bu hücumun kim tərəfindən həyata keçirildiyini müəyyən edə bilməyib və bu məlumat internetdə geniş şəkildə müzakirə olunur. Mən sadəcə özümün dediklərimi deyil, həm də bu məlumatların mətbuatda yayıldığını qeyd edirəm.

Bütün bunları nəzərə alaraq, Pakistan hökuməti Hindistan hökumətinin öz uğursuzluqlarını İslamabadla əlaqələndirmək cəhdlərini qətiyyətlə rədd edir.

Dünən və ondan əvvəlki günlərdə Pakistanın rəhbərliyi, xüsusilə də baş nazir, aydın şəkildə bəyan edib ki, hər hansı neytral, qərəzsiz və müstəqil bir araşdırmaya açığıq. Pakistan bu araşdırmanın tərkibində Hindistanla birgə iştirak etməyə və hadisənin necə baş verdiyini müstəqil şəkildə araşdırmağa hazırdır. Bir daha vurğulamaq istərdim ki, Pakistanın əsas məqsədi sülhə çatmaqdır və biz bu istiqamətdə tam bağlıyıq.

Regiona baxsaq, burada dağlıq və geniş bir ərazi olduğunu nəzərə almalıyıq. Hindistan işğal altındakı Cammu və Kəşmirə təxminən 900 min əsgər yerləşdirib. Cammu və Kəşmir ərazisində hər 6-7 kəşmirliyə bir hind əsgəri düşür. Belə ağır hərbi qüvvə olan yerdə Hindistanın iddialarına görə, Pakistanla demarkasiya xətti və ya Azad Kəşmirdən keçərək 200 km Hindistan ərazisinə daxil olan və terror hücumu həyata keçirən bir silahlı qrupun sadəcə yoxa çıxması qeyri-mümkündür. Bu vəziyyət məntiqə sığmır.

- Mən bir azərbaycanlı olaraq Hindistanın Ermənistana silah tədarük etməsinə dair sual vermək istərdim. Hindistan sadə silahlar və ya tapançalar deyil, inkişaf etmiş silah sistemləri tədarük edir. Hindistanın Ermənistana silah tədarükünü necə qiymətləndirirsiniz?

- Bu, müharibə çağırışları və başqalarının daxili işlərinə müdaxilə, Hindistanın öz siyasi məqsədlərinə xidmət etmək üçün digər ölkələrə qarşı təsir etmək istəyini göstərir və bu cür hərəkətlər beynəlxalq birlik tərəfindən dayandırılmalıdır.

- Beynəlxalq oyunçulardan İran kimi ölkələrin Hindistan və Pakistan arasında vasitəçilik təklifinə İslamabad necə yanaşır və hazırkı böhranı həll etmək üçün beynəlxalq müdaxilənin konstruktiv bir rolu olduğuna inanırmı?

- Biz bütün dostlarımızı Hindistana müharibə siyasətləri yerinə, regional sülh siyasətlərini izləmək və rasional yanaşmalar tətbiq etmək lazım olduğunu vurğulamağa dəvət edirik.

İki gün əvvəl bizim baş nazirin müavini və xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə yaxşı bir söhbət etdilər və son dövrlərdəki vəziyyətlə bağlı Azərbaycanlı qardaşlarımıza məlumat verdik. Hər zaman olduğu kimi, Azərbaycanın Pakistanla birlikdə durduğuna görə minnətdarıq. Bizim ölkələr bir-birinə hər zaman dəstək olub. Eynilə, İran da bizim qonşumuzdur. Buna görə də biz İranı və ya hər hansı digər bir ölkəni Hindistana sülh yolu tutmağa çağırmaqda və ağıl yolunu izləməyə təşviq etməkdə müsbət bir rol oynamasına razı olardıq.

- Hər iki ölkənin nüvə silahına sahib olduğu nəzərə alındıqda, mövcud mübahisənin nüvə müharibəsinə çevrilmə riski nə qədərdir?

- Bu, hər hansı ağıllı bir şəxsin ağlından belə keçirməməli olduğu bir məsələdir. Hindistandan əvvəlki illərdə nüvə müharibəsi təhdidləri kimi məsuliyyətsiz bəyanatlar eşidilmişdi və bu, Hindistanın bəlkə də nüvə gücünə sahib olmağa hazır olmadığını göstərir. Çünki belə dağıdıcı silahlarla müəyyən bir səviyyədə yetkinlik və məsuliyyət olmalıdır.

Əgər bu cür ritorika davam edərsə, o zaman digər beynəlxalq güclər ciddi şəkildə düşünməlidir ki, Hindistanın bu silahlara sahib olub-olmaması düzgün olacaqmı. Bu, bir uşağa kibrit verib, sonra onun evini yandırmasına icazə vermək kimidir.

- Pakistan və Azərbaycanın tarixi əlaqələri nəzərə alındıqda, regional və qlobal meydan oxumaların işığında ikitərəfli əlaqələrimizin gələcək inkişafını necə görürsünüz?

- İcazə verin deyim ki, biz yaxın əlaqələrə yox, qardaşlıq əlaqələrinə sahibik. Tarixi olaraq, Pakistan və Azərbaycan bir-birinin yanındadır və bu, ilk gündən belə olub.

Müstəqilliyimizdən bəri biz hər zaman Azərbaycanın yanında olmuşuq. Azərbaycanla olan ikitərəfli əlaqələrimiz qarşılıqlı hörmət, qarşılıqlı inam və qarşılıqlı sevgi əsasında qurulub. Bu yalnız liderlər arasında deyil, həm də xalq arasında və ümumi cəmiyyətdədir. Əgər Pakistanı ziyarət etmək şansınız olsa, sadəcə desəniz ki, mən Azərbaycandanam, orada VİP qəbul edilərsiniz. Çünki həqiqətən də Azərbaycanı sevir və hörmət edirlər, Türkiyəni də sevirlər və insanlar anlayır ki, bizim ölkələrimiz tarixi baxımdan bağlıdır.

İndi isə regional kontekstə gəlincə, regional kontekstin effektiv olması üçün bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirmək vacibdir. Son bir neçə il ərzində Baş nazir Şahbaz Şərif hakimiyyətə gəldikdən sonra, Azərbaycan bizim ən yüksək xarici siyasət prioritetlərimizdən biri olub. Keçən il prezidentiniz Pakistana tarixi bir səfər etdi.

Geosiyasi baxımdan Azərbaycanın mövqeyindən faydalanaraq, Pakistanın regional əlaqələri gücləndirməyə və daha da inkişaf etdirməyə kömək edəcəyini ümid edirik. Pakistan keçən il Azərbaycanla imtiyazlı ticarət sazişi bağladı, biz Azərbaycanla tranzit ticarət sazişi də bağladıq. Ümid edirik ki, Azərbaycan ölkələrimizi daha güclü bir şəkildə birləşdirməkdə və Pakistanın da Azərbaycanın geosiyasi mövqeyindən faydalanmasında və regional əlaqələrin daha da gücləndirilməsində rol oynayacaq.

 

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930