Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 1-05-2025, 16:00

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri və Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun himayəsi altında keçiriləcək dördüncü Dünya Polis Sammiti mayın 13-dən 15-dək Dubay Dünya Ticarət Mərkəzində baş tutacaq.

Shir.az “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Dubay Polis Departamenti tərəfindən təşkil edilən tədbirdə 100-dən çox ölkədən 150-dən çox məruzəçi və təhlükəsizlik xidməti rəhbəri iştirak edəcək.

Sammit hüquq-mühafizə orqanlarında bilik mübadiləsi, qabaqcıl texnologiyaların diqqətə çatdırılması, icma təhlükəsizliyi strategiyaları və transsərhəd əməkdaşlıq üçün qlobal platforma rolunu oynayır.

“Emirates” Hava Yolları Qrupunun sədri və baş icraçı direktoru Şeyx Əhməd bin Səid Əl-Məktum bildirib ki, tərəfdaşlıq aviasiya təhlükəsizliyini inkişaf etdirmək, kiber və terrorizm təhdidlərinə qarşı qlobal səyləri dəstəkləmək üçün ortaq öhdəliyi əks etdirir.

Dubay Polis Departamentinin rəisi general-leytenant Abdulla Xəlifə Əl-Marri bildirib ki, sammit Dubayın təhlükəsizlik və qlobal əməkdaşlıq sahəsində liderliyini gücləndirir. O əlavə edib: “Təsirli beynəlxalq tədbirlər vasitəsilə biz inkişaf edən təhdidləri gözləyirik və onlara qarşı mübarizə aparırıq, bütün dünyada icma təhlükəsizliyini gücləndiririk”.

Sammit çərçivəlində təşkil olunacaq xüsusi sessiyalarda rəqəmsal məkanda uşaq hüquqları və müdafiəsinə üzrə müzakirələrdə beynəlxalq ekspertlər iştirak edəcəklər. Tədbir çirkli pulların “yuyulmasına” qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq, aviasiya təhlükəsizliyi, kibercinayətkarlıq, polisdə süni intellekt, yol hərəkəti təhlükəsizliyi, narkotik, rəqəmsal transformasiya və icma polisi kimi mövzuları əhatə edən 12 istiqamət üzrə dörd platformanı əhatə edəcək.

FTB, UNODC, EUROPOL və Beynəlxalq Polis Rəisləri Assosiasiyası da daxil olmaqla qlobal qurumlar tərəfindən dəstəklənən tədbirdə “Samsung”, ESRI, “Presight”, “Dahua Technology”, “Inkas Armored Vehicles” və “Aksum Marine” kimi strateji tərəfdaşlar da iştirak edir.

Bundan başqa, 200-dən çox şirkətin iştirak edəcəyi sərgidə yeni nəsil süni intellekt, müşahidə, zirehli maşınlar və dəniz təhlükəsizliyi həlləri nümayiş etdiriləcək ki, bu da sammitin ictimai təhlükəsizlik innovasiyaları üzrə qlobal mərkəz rolunu gücləndirəcək.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930