Tarix: Bu gün, 19:00
Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Shir.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 17:08-də qeydə alınıb. Zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” kimi qiymətləndirilir.
ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.