Tarix: Dünən, 21:00
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub.
Shir.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda "Lokomotiv"i (Moskva) 3:0 hesabı ilə məğlub edib.
N.Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.
Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.