Tarix: Dünən, 12:00
İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşlarının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb.
Bu barədə Shir.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı "Rising Lion" əməliyyatı keçirib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami, bir neçə nüvə alimi ölüb.