Son xəbərlər:
Vətənə sədaqətlə xidmət edən zabit - Cavid İsmayılzadənin anım günü                        Xalq artisti Əminə Yusifqızı vəfat edib                        DİN nümayəndələri şagirdlərlə görüş keçirdi - gənclərə Polis Akademiyası barədə geniş məlumat verildi                        Sevgi ilə yaltaqlıq arasında fərq var - görmək istəyənlər üçün                        Xalqın seçimi, dövlətin gücü - İlham Əliyev siyasətinə inam                        “ Azərbaycanın qardaş dövlətlərlə münasibətlərində mədəni diplomatiya xüsusi yer tutur”- Novruz Aslan                        İlham Əliyev Qəbələdə Şimali Kiprin Prezidenti ilə görüşüb                        Tokayev TDT Sammitində iştirak etmək üçün Qəbələyə gəlib                        Sabah bu rayonda qaz olmayacaq                        Zakir Həsənov Britaniya səfiri ilə görüşdü                        Japarov Qəbələyə gəldi                        İlham Əliyev Qəbələdə TDT-nin baş katibini qəbul etdi                        Azərbaycanda oktyabrın 8-dən qrip əleyhinə vaksinasiyaya başlanılacaq                        DİN əməkdaşları Gəncədə III MDB Oyunları zamanı fasiləsiz xidməti davam etdirir                        İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədrini qəbul edib                        Вашингтон, Нью-Йорк и Копенгаген показали признание миром наших побед – РАСКЛАД от Новруза Аслана                        Emin Əmrullayev müəllimlərə səsləndi                        Bərdədə pendir sexində partlayış olub, ölən var                        Sabah külək güclənəcək, çiskin olacaq                        Naxçıvanda Beynəlxalq Müəllimlər Günü qeyd olunub                        Müəllim - cəmiyyətin işıq saçan qəlbi…                        Oqtay Şirəliyev dəfn olundu - Foto                        FHN gücləndirilmiş rejimdə fəaliyyət göstərir                        Bu il universitetə qəbul olan 102 tələbə Prezident təqaüdü alacaq                        Müəllimlər Günü Xətai rayonunda qeyd olundu                        İlham Əliyev fərman imzaladı                        Cəbrayılda 880-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib                        Oqtay Şirəliyev vəfat etdi                        Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı                        Nərimanovda 5 min manata yaxın oğurluq olub                       
Tarix: 14-06-2025, 18:00

 

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Shir.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi "X"də yazıb.

O diqqətə çatdırıb ki, regionda gərginliyin daha da artması təhlükəsi yüksəkdir:

"Aİ hər zaman bildirib ki, İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilməməlidir. Yalnız diplomatiya davamlı həllə gətirə bilər. Aİ bu yolda dəstək verməyə hazırdır".

İran mənbələrinin telefon danışığı ilə bağlı yaydığı məlumatda isə qeyd edilib ki, A.Əraqçi Aİ rəsmisi ilə danışıqda İsrailin İranın suverenliyi və ərazi bütövlüyünü pozmağa cəhd göstərdiyini vurğulayıb.

"İranın xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyi İdarəçilər Şurasının İranın sülh məqsədli nüvə proqramı ilə bağlı son qətnaməsini tənqid edib. O, üç Avropa ölkəsi və ABŞ-nin təşəbbüsü ilə irəli sürülən bu qətnaməni İsrailin İranın nüvə obyektlərinə qarşı düşmənçilik hərəkətləri üçün bəhanə və zəmin kimi qiymətləndirib",- məlumatda deyilib.

Həmçinin K.Kallasın bu çərçivədə gərginliyin azaldılması, eləcə də bölgədə sülh və təhlükəsizliyin bərpasına kömək üçün diplomatik səylərə dəstək vermək istəyini bəyan etdiyi bildirilib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031