Son xəbərlər:
DSX-də Yeni Təyinat: General-mayor Nəsib Mirzəyev Baş İdarə Rəisi Oldu                        Generalın oğlu keçmiş sevgilisindən üzr istədi                        Kamran Əliyevin rəhbərliyi ilə Geniş Kollegiya iclası keçirilib                        Baş Prokurorluqdan kibertəhlükələrlə bağlı                         Sabah Bakıya yağış yağacaq                        Nazirlər Kabineti qrantlarla bağlı qaydalara dəyişiklik etdi                        Prokurorlara yeni səlahiyyət verilir                        Yol polisi sürücülərə xəbərdarlıq etdi                        "Hər əməlin öz cavabını tapır"-                        Место Азербайджана там, где будут реально решаться судьбы мира - РАСКЛАД от Новруза Аслана                        DİN-də 2025-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib                        Məktəblilərin qış tətili başlayır                        Bu gün Arzu Əliyevanın ad günüdür                        Ana fəryadı: 2019-cu il təvəllüdlü Nihadın müalicəsi üçün köməyə ehtiyac var                        Balakən RİH-də genişmiqyaslı kadr və struktur dəyişiklikləri - müavinlər və şöbə müdirləri vəzifədən azad edildi                        Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                       
Tarix: 15-06-2025, 10:30

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Shir.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı.

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir.

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.

2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır.

Azərbaycanın Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan bu mötəbər tədbirin dünyada cərəyan edən aktual məsələlərin müzakirəsi baxımından məhsuldar olacağına və ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyimi ifadə edərək, konfransın işinə uğurlar arzulayıram".

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728