Son xəbərlər:
«На фоне глобальной нестабильности Азербайджан укрепляет свои позиции» - Новруз Аслан                        İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib                        Müstəqil və Qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyevin Doğum Günü                        Nazir xalq şairini xəstəxanada ziyarət etdi                        Baş nazirdən Bəylər Eyyubovla bağlı qərar                        Prezident onları təltif etdi                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşları növbəti dəfə qəbul edib                        Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi                        Ulu Öndər Heydər Əliyev - Azərbaycan dövlətçilik tarixinin əbədi zirvəsi                        “Milli Musiqimiz Bizim Kimliyimizdir - Novruz Aslan: Sənət Köksüz Yaranmır”                        «Новруз Аслан: Сильный лидер - главный фактор стабильности государства»                        Vilayət Eyvazov gənclərin sıra baxışında iştirak etdi                        Milli Məclis üzvü Novruzəli Aslanov vətəndaşların müraciətlərini dinləyib                        İlham Əliyev “Matanat-A” şirkətinin yeni istehsal müəssisəsini işə saldı                        Prezident bu idmançıları mükafatlandırdı                        Prezident onlara rütbə verdi                        Bakıda Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı keçirildi                        İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi                        Novruzəli Aslanov: Prezidentin çıxışı dövlət idarəçiliyində yeni düşüncə mərhələsidir                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı                        İlham Əliyev Ərdoğana zəng etdi                        Azərbaycan XİN Türkiyəyə bağsağlığı verdi                        Ərdoğandan təyyarə qəzası ilə bağlı ilk açıqlama                        Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi                        İlham Əliyev Ərdoğana başsağlığı verdi                        Ağ Ölümə Qarşı Birlikdə: Nərimanovda Maarifləndirici Tədbir                        Generaldan Azərbaycan xalqına təbrik...                        Azərbaycanda Zəfər Günü qeyd olunur                        Азербайджан воевал достойно. Наша совесть и руки чисты - Новруз Аслан                        Azərbaycanda əsgərlərə telefon və nömrə veriləcək                       
Tarix: 8-07-2024, 17:36


DİN əhaliyə kibertəhlükəsizliklə bağlı müraciət edib.

Shir.az xəbər verir ki, müraciətdə onlayn oğurluğun artdığı bildirilib, hər kəsə diqqətli olmaq tövsiyə olunub.

“Dünyanın inkişaf etmiş bütün ölkələrinin əsas probleminə çevrilən kiber oğurluq hallarının qarşısının alınması kart sahibindən asılıdır. Vətəndaş nə etməlidir, seyfinin açarını (oxu: bank kart məlumatları) naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır.

Vatsap, Teleqram, “Siqnal”, “Messencer” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır.

“Bankdandır, kartınıza müdaxilə var”, “satdığınız əşyaya görə beh ödəmək istəyirik” adı altında iyulun 6-7 tarixlərində ayrı-ayrı şəxslərin pulları talanmağa məruz qalıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir.

Araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın!” - müraciətdə vurğulanıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031