Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 25-06-2025, 15:30

 

Baş prokuror Kamran Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün ilə görüşüb.

Bu barədə Shir.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qonağı salamlayan Baş prokuror tarixən xalqlar arasında milli köklərə əsaslanan münasibətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları ilə ifadə olunduğunu bildirib. Baş prokuror iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasətləri nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.

Kamran Əliyev ikitərəfli əməkdaşlığın inkişafında iki ölkənin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında keçirilmiş çoxsaylı görüşlərin və beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoqun mühüm rol oynadığını vurğulayıb. O, ötən il Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində keçirilmiş yüksək səviyyəli sessiya və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransında Türkiyə prokurorluğunun nümayəndə heyətinin iştirakını xüsusilə qeyd edib.

Səfir Birol Akgün görüşdə səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkələr arasındakı qardaşlıq münasibətlərinin dövlət başçılarının apardıqları uğurlu siyasət nəticəsində ən yüksək səviyyəyə çatdığını və əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi və digər hüquqi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Baş prokuror Kamran Əliyev səfirə yeni fəaliyyətində uğurlar arzulayaraq, qarşılıqlı əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031