Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 7-07-2025, 10:00

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə baş direktor təyin edilib.

Shir.az bu barədə ADY-yə istinadən xəbər verir ki, bu, Eldar Salahovdur.

E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.

O, 1998–2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001–2002-ci illərdə İqtisadi İnkişaf Naziriliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003–2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.

E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.

O, “Bakı şəhərinin 2020–2040-cı illər üzrə Baş planı”nın layihə idarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin “Ümumi planı”, eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Laçın şəhərlərinin “Baş plan”larının hazırlanması üzrə yaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüququnun əldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmış layihə idarəetmə qrupunun rəhbəri olub.

Məlumata görə, E.Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb, 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, ADY Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930