Tarix: Bu gün, 14:00
Azərbaycan və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisləri görüşüb.
Bu barədə Shir.az-a Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevi qəbul edib.
Qəbul zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.