Tarix: Bu gün, 16:00
Türkiyə xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər Pakistana rəsmi səfər edəcəklər.
Shir.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Nazirlərin səfəri iyulun 9-da baş tutacaq.
Onların səfər çərçivəsində Pakistan Baş naziri Şahbaz Şərif, Baş nazirin müavini, xarici işlər naziri İshaq Dar və Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirlə görüşü planlaşdırılır.