Son xəbərlər:
“Xudafərin üzərində dalğalanan qürur - 18 oktyabr 2020-ci il tarixinə yazılan zəfər" - Nazlı Onur                        Bazar gününün havası açıqlanıb                        Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik                        Türkiyə XİN Azərbaycanı təbrik etdi                        Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...                        Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto                        İlham Əliyevin “Kazinform” agentliyinə müsahibə verib                        Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir                        18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunur                        Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım                        Bu bayraq qəhrəmanlıqla ucalıb! - MN                        Azərbaycanın bu ölkədə səfirliyi təsis olundu - Sərəncam                        Vilayət Eyvazovdan rəislərə tapşırıq...                        İlham Əliyev fərman imzaladı                        DİN-də kollegiya iclası keçirildi                        Prezident onlara müraciət ünvanladı                        Məşhur rektor vəfat etdi                        DİN-dən Yasamaldakı silahlı insidentlə bağlı açıqlama                        Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib                        MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...                        Bir Xalanın 1 Dəqiqə 36 Saniyəlik Videosu - Cəmiyyətin Aynası Oldu                        Bu vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundu                        Milli Məclisin iclası başladı                        General onlara konkret tapşırıqlar verdi - Foto                        İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi                        Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi parad üçün hazırlıqlar başlayıb                        Türk səhnəsinin əfsanəsi: Arif Erkin Güzelbeyoğlu 90 yaşında dünyasını dəyişdi                        Deputat Novruzəli Aslanov seçicilərlə görüşdü -                        Prezident yeni səfiri qəbul etdi - Foto                        İlham Əliyev BMT rəsmisini qəbul etdi - Foto                       
Tarix: 12-07-2024, 14:10

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyulun 12-də nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Füzuli şəhərində əhali üçün səyyar müayinələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən Shir.az-a bildirilib ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil edilən tədbirlər çərçivəsində Füzuli sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr keçirilib. Aksiya zamanı Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq, tibb bacısından ibarət heyət tərəfindən əhaliyə tibbi baxış keçirilib, EMQ müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16- 65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb. Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən medikamentoz terapiya ilə yanaşı, həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına kömək edən profilaktik tövsiyələr verilib.

Aksiya zamanı 150-dən çox vətəndaş müayinələrdən keçirilib.

İşğaldan azad edilən digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031