Son xəbərlər:
Neft yenidən bahalaşdı                        Тем, кто свысока смотрят на тюркский мир, есть чему поучиться у наших лидеров - РАСКЛАД от Новруза Аслана                        “Xudafərin üzərində dalğalanan qürur - 18 oktyabr 2020-ci il tarixinə yazılan zəfər" - Nazlı Onur                        Bazar gününün havası açıqlanıb                        Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik                        Türkiyə XİN Azərbaycanı təbrik etdi                        Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...                        Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto                        İlham Əliyevin “Kazinform” agentliyinə müsahibə verib                        Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir                        18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunur                        Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım                        Bu bayraq qəhrəmanlıqla ucalıb! - MN                        Azərbaycanın bu ölkədə səfirliyi təsis olundu - Sərəncam                        Vilayət Eyvazovdan rəislərə tapşırıq...                        İlham Əliyev fərman imzaladı                        DİN-də kollegiya iclası keçirildi                        Prezident onlara müraciət ünvanladı                        Məşhur rektor vəfat etdi                        DİN-dən Yasamaldakı silahlı insidentlə bağlı açıqlama                        Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib                        MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...                        Bir Xalanın 1 Dəqiqə 36 Saniyəlik Videosu - Cəmiyyətin Aynası Oldu                        Bu vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundu                        Milli Məclisin iclası başladı                        General onlara konkret tapşırıqlar verdi - Foto                        İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi                        Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi parad üçün hazırlıqlar başlayıb                        Türk səhnəsinin əfsanəsi: Arif Erkin Güzelbeyoğlu 90 yaşında dünyasını dəyişdi                        Deputat Novruzəli Aslanov seçicilərlə görüşdü -                       
Tarix: 18-07-2025, 18:00

 

İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub. Bu münasibətlə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki Zəngilan Mədəniyyət Evində təntənəli yığıncaq keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçkün iştirak ediblər.

Shir.az xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirilib.

Yığıncaqda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və sərkərdəlik qüdrəti, şanlı Ordumuzun rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu vurğulayıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Ağalı kəndindən başlanmasının zəngilanlılar üçün qürurverici hadisə olduğunu bildirib. “Ağıllı kənd” konsepsiyası ilə salınmış bu yaşayış məntəqəsində ağalılar üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradıldığı, doğma yurda qayıtmış insanların ötən üç ildə bu şəraitə uyğunlaşdıqları, kəndin sosial-iqtisadi inkişafında fəal iştirak etdikləri qeyd olunub. Zəngilanın məcburi köçkün sakinlərinin hamısının ata-baba yurduna dönüşü səbrsizliklə gözlədikləri diqqətə çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsisinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımız öz torpağına bağlılığını nümayiş etdirdiyini, mühüm tarixi-siyasi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün uzunmüddətli tədbirlər həyata keçirildiyi, Böyük Zəfərdən sonra isə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı, Böyük Qayıdışın başlandığı və uğurla davam etdiyi xatırladılıb. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların həllinə təsirli dəstək göstərir.

Ağalıları və bütün zəngilanlıları Dövlət Komitəsinin rəhbərliyi adından təbrik edən Fuad Hüseynov ötən üç ildə qazanılan təcrübənin Böyük Qayıdışın daha səmərəli aparılmasında, keçmiş məcburi köçkünlərin arzu və istəklərinə uyğun həyata keçirilməsində mühüm rol oynadığını bildirib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tədbirdəki çıxışında Ağalı kəndinin sosial-iqtisadi inkişafı üçün lazımi imkanların olduğunu, məcburi köçkünlüyün ağrı-acılarını yaşamış sakinlərin onlar üçün yaradılan şəraitdən istifadə edib, böyük həvəslə yeni həyata başladıqlarını vurğulayıb. Qeyd edilib ki, kənd sakinlərinin əksəriyyətinin məşğulluğu təmin edilib, həyətyanı sahədə əkin-biçin işləri görür, ev quşları saxlayırlar. Diqqətə çatdırılıb ki, təsdiq edilmiş Baş plana əsasən, Zəngilan rayonunda abadlıq-quruculuq işləri davam etdirilir, sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatimə Cəfərova təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Hazırda Agentlik tərəfindən 42 ixtisas üzrə peşə təlimlərinin verildiyi, məcburi köçkünlərin də bu təlimlərə cəlb olunduğu qeyd edilib. Bildirilib ki, peşə bacarıqlarını artırmaq istəyən şəxslər Agentliyə müraciət edə bilərlər.

Ağalı kəndinə ilk köçürülənlərdən olan tanınmış ictimai fəal-bloger Çiçək Gəraylının çıxışını da yığıncaq iştirakçıları maraqla dinləyiblər. O, doğma yurdda yeni həyatını necə qurduğu barədə söhbət açıb, yaradılan şəraitdən məmnunluğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq və abadlıq işlərinin orada yaşayan hər kəsdə böyük sevinc və qürur hissi doğurduğunu qeyd edib. Çiçək Gəraylıya işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın sosial mediada təbliğat-təşviqatına verdiyi müsbət töhfəyə görə Dövlət Komitəsinin sədri adından təşəkkürnamə təqdim edilib.

Məcburi köçkün Mahirə Quliyeva isə Böyük Qayıdışla bağlı bütün yenilikləri diqqətlə izlədiklərini, dövlətimizin bu sahədə gördüyü işləri ürəkdən bəyəndiyini və doğma yurda geri dönəcəkləri günü səbrsizliklə gözlədiklərini bildirib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, mina təmizləmə prosesi, infrastruktur layihələrinin icrası və gələcək planlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, təkcə Ağalı kəndi deyil, bütövlükdə Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yenidənqurma işləri sürətlə davam etdirilir və yaxın illərdə daha çox ailənin öz doğma yurduna qayıtması nəzərdə tutulur.

Ağalı kəndinin yığıncaqda iştirak edən sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər, qayıdış prosesinin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar.

Tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin aidiyyəti şöbələrinin rəhbər şəxsləri, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən cavablandırılıb.

Sonda Zəngilan rayonuna qayıdış, sosial müdafiə tədbirləri və mina təhlükəsinə qarşı maarifləndirməyə dair video çarxlar nümayiş olunub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031