Tarix: 12-07-2024, 16:30
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu ilin 6 ayı ərzində axtarışda olduğuna görə saxlanılanların sayı açıqlanıb.
Bu barədə Shir.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin dövr ərzində ümumilikdə 506, o cümlədən borclu şəxs qismində axtarışda olan 487 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.