Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcəkQazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək
Tarix: Dünən, 10:00
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.
Shir.az-ın Akorda mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, K.Tokayev burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.
İki dövlətin liderləri iyulun 29-da danışıqlar aparacaq və Qazaxıstan – Türkiyə strateji tərəfdaşlığının daha da gücləndirilməsini müzakirə edəcəklər.
"Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər", - məlumatda bildirilib.