Tarix: Dünən, 11:00
"Sumqayıt"ın Qəbələ toplanışı zamanı keçirəcəyi yoxlama görüşlərindəki rəqibləri bəlli olub.
Bu barədə Shir.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt təmsilçisi iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaq.
Oyunların başlama saatı hələ müəyyənləşməyib.