Tarix: Dünən, 18:00
"Qarabağ" "Şelburn"la matçda az güc sərf edib, yaxşı oyun sərgiləməyi planlaşdırır.
Shir.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Bəzi üstünlüklərimiz var. Lakin ciddi rəqibə qarşı oynayacağıq. İnşallah, sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik".
Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.