Tarix: Dünən, 16:00
Avqustun 1-də elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşüb.
Bu barədə Shir.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Ukrayna ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.