Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 5-08-2025, 16:00

Azərbaycanı və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir.

Shir.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında

O bildirib ki, bu münasibətlər ortaq irsimizə, tariximizə və qarşılıqlı hörmətə əsaslanır.

"Bu çərçivədə, Türkmən Xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri, hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana səfəri əlamətdar hadisə oldu. Bu səfər bizim strateji tərəfdaşlığımızı daha da möhkəmləndirdi və əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bizim münasibətlərimiz həmrəyliyi, regionumuzda sülh, əməkdaşlıq və firavanlıq üçün ümumi baxışı nümayiş etdirir".

O qeyd edib ki, dənizə çıxışı olmayan ölkə statusuna baxmayaraq, Azərbaycanın nəqliyyat siyasəti və yeni, müasir infrastrukturu coğrafi məhdudiyyətləri imkanlara çevirib:

"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən ölkədir. Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Biz 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə yüklərin həcmində təxminən 90% artıma nail olmuşuq. Dəhliz boyunca tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb. Nümunə olaraq, Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya cəmi 10-12 günə çatması Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğulayır".

Əli Əsədov vurğulayıb ki, Azərbaycanın və Mərkəzi Asiyanın nəqliyyat infrastrukturlarının inteqrasiyası Avrasiyada bağlantıların əsasını təşkil edir.

BMT-nin xüsusi proqramı olan SPECA çərçivəsindəki əməkdaşlığımızı da qeyd etmək istərdim.

2023-cü ilin noyabrında SPECA-nın 25-ci ildönümünə həsr olunmuş Bakı Zirvə görüşünün yekunları, xüsusilə də qəbul olunmuş Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi regional əməkdaşlığın gücləndirilməsinə və qlobal iqtisadiyyata inteqrasiyaya yönəlib.

Rəqəmsal bağlantılar sahəsində əməkdaşlığımız böyük potensiala malikdir.

Azərbaycan “Rəqəmsal İpək Yolu” kimi irimiqyaslı layihələr vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü həyata keçirir. Buraya Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilməsi də daxildir.

Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal rəqəmsal iqtisadiyyatdan faydalanmaları məqsədilə informasiya texnologiyaları və telekommunikasiya sahəsində tərəfdaşlığın vacibliyi də xüsusi vurğulanmalıdır.

Digər birgə səylər iqlim dayanıqlılığının gücləndirilməsi ilə bağlıdır. Ötən il Azərbaycan COP29-a ev sahibliyi etmək şərəfinə nail olub.

Hazırlıq işləri üçün bir ildən az müddətə baxmayaraq, uğurlu nəticələrini təmin edərək iqlim fəaliyyəti ilə bağlı tarixi qərarlar qəbul olundu.

COP29-da Bakı Maliyyə Məqsədinin qəbul edilməsi qlobal iqlim maliyyəsində tarixi bir mərhələdir.

Bu öhdəlik, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyəsinin 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutur.

Azərbaycan həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün çərçivə üzrə danışıqları uğurla tamamlayaraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun icrasını təmin etdi.

Eyni zamanda iqlim dəyişikliyindən təsirlənən həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olundu.

Bu gün Xəzər sahilində toplaşdığımız üçün Xəzər dənizinin ekoloji problemlərini də qeyd etmək istərdim. Ən çox narahatlıq doğuran məsələ suyun səviyyəsinin azalmasıdır.

Biz Xəzəryanı dövlətlərin üzləşdiyi bu ümumi problemin həlli üçün səylərimizi birləşdirməliyik.

2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ekoloji problemə xüsusi diqqət ayırmışdır.

Azərbaycan Prezidentinin təklifinə əsasən, Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və qarşısının alınması məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır.

Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələri gücləndirmək, regionlarımızı inteqrasiya etmək və daha firavan dünya naminə tərəfdaşlığımızı inkişaf etdirmək üçün bütün imkanlardan istifadə etməliyik.

Azərbaycan öz təcrübəsi, resursları və xoş niyyəti ilə bu işə töhfə verməyə hazırdır.

BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransına müvəffəqiyyətlər və ölkələrimiz üçün uğurlu nəticələr əldə olunmasını arzulayıram.

***

Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələri dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclası keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, toplantıda Azərbaycanı Baş naziri Əli Əsədov təmsil edib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930