Tarix: Dünən, 18:00
İtaliya Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində atdığı addımları dəstəkləyir.
Shir.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“İtaliya suverenlik və ərazi bütövlüyü əsasında normallaşmaya doğru atılan tarixi razılaşmanı alqışlayır. Vasitəçiliyə və regionda sülh, sabitlik və inkişaf üçün imkanlar yaratdığına görə ABŞ-yə təşəkkür edirik”, - nazirlikdən qeyd olunub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.