Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 10-08-2025, 18:36



Sevgi - adını demək asandır, yaşamaq isə cəsarət, səmimiyyət və dərinlik tələb edir. Hər kəs sevdiyini düşünə bilər, amma hər kəs sevməz. Çünki sevgi sadəcə hiss deyil, bir məsuliyyətdir, bir bağlılıqdır, bir inamdır. Hər ürək bu qədər incə, bu qədər saf bir duyğunu daşıya bilməz.

Bəzən insanlar deyir: “Niyə sevmirsən? Niyə sevilməyə şans vermirsən?” Amma heç kim bilmir ki, bəzən ürək özü də yorulur. Üzülür, qırılır, bağlanır və artıq seçici olur. Hər kəsə eyni dərəcədə dəyər verməz, hər kəsi içəri buraxmaz. Çünki ürək, sevilmədiyi yerləri tanımağı öyrənir. Və bu da onu qorumağın bir yoluna çevrilir.

Bəli, sevmək gözəldir. Amma kimə? Həqiqi, saf, dəyər verən və daşımağı bacaran birinə. Hər "salam" deyənə, hər “sevirəm” deyənə yox. Hər yaxınlaşana yol vermək, hər gələnə qapı açmaq, ürəyin dəyərini ucuzlaşdırmaqdır. Halbuki sevgi elə bir dəyərdir ki, onu hər könül dərk edə bilməz, hər nəfəs daşıya bilməz.

Unutma, sevmək bir cəsarətdir, sevilmək isə bir nemət. Amma hər insan bu nemətə layiq deyil. Ürəyini qorumaq da bir həyat müdrikliyidir. Çünki sevmək haqqdır, amma kimə veriləcəyini bilmək isə ağıldır.

“Hər kəs soruşur: Niyə həyatında kimsə yoxdur?"

Deyirlər: “Gözəl, baxımlı, ağıllı, xoş enerjili xanımsan… necə olur sən təksən və sol yanın boşdur?” 

Gülümsəyirəm. Cavabım sadədir: “Yer boşdur” deyə, ora hər kəsi oturtmaq olmaz.

Bu həyat, bu qəlb - sadəcə “kiməsə sahib olmaq” üçün açıq deyil. Qəlb bir saraydırsa, taxt da yalnız LAYİQ olana aiddir. Mən tək olmağı, yanlış biriylə birlikdə olub ruhumu itirməkdən üstün tuturam.

Hər sevgi qarşılıqlı görünə bilər, amma həqiqi bağ az tapılır. Mən nə kiminsə “vaxt keçirmə yeri”, nə də “yarımçıq sevgisinin tamamlama vasitəsi” olmaq istəmirəm. Mən - tamam biriyəm, yarım qalmış hekayələrə uyğun gəlmirəm.
Səssizliyimi təkliyimlə sevirəm, çünki bu təkliyin içində özüm varam, dəyərim var. Özümə hörmət etdiyim üçün hər ürəyə girmirəm, hər gözə gülmürəm, hər sözə aldanmıram.

Yalnız olmaq kədər deyil - seçimdir və mən, özümə layiq olmayan heç bir sevgiyə yer verməyəcək qədər güclü, şüurlu və dəyərli bir qadınam.

Unutma: Yer boşdur deyə, hər kəsi oturtmaq olmaz.  
Taxtına layiq olmayanı oturtma. Taxt düşündükləri qədər ucuz deyil!

Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930