Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 14-07-2024, 14:35

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin “Heydər Əliyev muzey-lektoriyası”nda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü münasibətilə “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib.

Bu barədə Shir.az-a Müdafiə Nazirliyindən bildirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Müdafiə Universitetinin professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nda Ulu Öndərin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Azərbaycanın ictimai-siyasi həyatındakı islahatlardan danışıb, Azərbaycanın qısa müddətdə ittifaqın ən qabaqcıl respublikalarından birinə çevrildiyi vurğulanıb.

Nəzərə çatdırılıb ki, Heydər Əliyevin 1971-ci ildə böyük uzaqgörənliklə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması Azərbaycan Ordusunun zabit kontingentinin formalaşmasında atılan başlıca addımlardan biri olub.

Tədbirdə 1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gətirilməsi, müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında, mütəşəkkil qüvvəyə çevrilməsində onun müstəsna xidmətləri yada salınıb, Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə xatırlanıb.

Sonda Ümummilli Liderin həyatı və siyasi fəaliyyətini əks etdirən qısametrajlı video-çarx nümayiş olunub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifaları ilə yekunlaşıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930