Tarix: Bu gün, 14:00
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdən əvvəl Ankoricin mərkəzi küçələrində etiraz aksiyaları keçirilib.
Shir.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Etirazçılar Ukrayna bayraqları və göy-sarı rənglərdə hazırlanmış plakatlar qaldıraraq Trampın Putinə güzəştə getməməsini tələb ediblər.
“Mövzu Ukraynadır. ABŞ, ya da Rusiya deyil. Bundan əlavə, Rusiya Ukraynanı işğal edib və oradan çıxmalıdır. Burada danışıq mövzusu yoxdur. Zelenski nə etməlidir ki? O, sadəcə sərhədlərinin təsdiqlənməsini istəyir”, - aksiya iştirakçılarından biri bildirib.