Tarix: Bu gün, 12:00
Ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkməsi hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Shir.az xəbər verir ki, bu barədə Teleqraf-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Turizm Agentliyi mütəmadi olaraq maarifləndirici təlim və görüşlər təşkil edir:
"Agentlik turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya verməyi tövsiyə edir" - açıqlamasında deyilib.