Tarix: Bu gün, 16:00
Finlandiya parlamentinin deputatı çərşənbə axşamı parlament binasında intihar edib.
Shir.az-ın məlumatına görə, bu barədə "Yle" portalı Helsinki polis idarəsindəki mənbəyə istinadən yazır.
Həlak olan deputatın şəxsiyyəti məlumdur, lakin onun adı yalnız qohumları ilə əlaqə qurulduqdan sonra açıqlanacaq.
"Çərşənbə axşamı parlament binasında bir nəfər həlak olub. Polisə zəng Təcili Yardım Mərkəzi vasitəsilə saat 11:06-da daxil olub", - mənbə bildirir.
Polis ölüm faktı ilə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları zorakı ölüm əlamətlərinin aşkar edilmədiyini qeyd edirlər.
Hadisə yerində bir neçə polis patrul və tibb işçiləri çalışır.