Tarix: Bu gün, 09:00
Dünyaca məşhur amerikalı hakim Frank Kaprio 88 yaşında vəfat edib.
Shir.az "Mirror US"a istinadən xəbər verir ki, uzun müddət mədəaltı vəzin xərçəngi ilə mübarizə aparan hakim Rod-Aylend ştatında dünyasını dəyişib.
Qeyd edək ki, "Caught in Providence" programı ona böyük populyarlıq gətirmişdi. O, hakim olaraq verdiyi mərhəmətli qərarları ilə təkcə ABŞ-da deyil, dünyanın digər ölkələrində də milyonlarla insanın rəğbətini qazanmışdı.