Tarix: 9-07-2024, 09:25
Shir.az xəbər verir ki, iyulun 9-da Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə gedib. APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Sammitində iştirakı, eləcə də bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri nəzərdə tutulub.