Tarix: 15-07-2024, 15:45
Qazaxıstanın aşağı büdcəli “FlyArystan” şirkəti yay üçün yeni uçuş cədvəlini açıqlayıb.
Shir.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, aviaşirkət Aktaudan Bakıya həftəlik uçuşların sayını artırıb.
Belə ki, iyulun 16-dan avqustun 30-na qədər aviareyskər həftənin cümə günləri də yerinə yetiriləcək. İndiyə qədər bu istiqamətdə uçuşlar çərşənbə və bazar günləri həyata keçirilirdi.
Uçuşlara biletləri oktyabrın 23-nə qədər əldə etmək olar.
“FlyArystan”, həmçinin Astanadan Bakıya həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri reyslər yerinə yetirir.