Tarix: Bu gün, 14:30
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ilə görüşüb.
Shir.az xəbər verir ki, səfir bu barədə X-də yazıb.
Diplomat bildirib ki, Hikmət Hacıyevi Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və regional əlaqələrdə müsbət irəliləyişlər münasibətilə təbrik edib.