Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 22-08-2025, 15:13

Azərbaycan xalqı əsrlər boyu öz qonaqpərvərliyi ilə tanınıb. “Qonaq Allah qonağıdır” - deyə böyüklərimiz hər zaman bizə öyrədiblər. Amma görünən odur ki, bəzi kommersiya maraqları bu dəyərli ənənəni getdikcə kölgədə qoyur. Son zamanlar Qəbələdə yerləşən məşhur “Nohür Göl” restoranında yaşanan hadisə isə bu mədəniyyətə zidd halın bariz nümunəsidir.

Ailəvi şəkildə istirahət üçün bu gözəl məkana üz tutan insanlar sadəcə çay sifarişi vermək istədikləri üçün qəbul edilmirlər, onlara bildirirlər ki, yalnız yemək sifarişi verənlərə xidmət göstərilir. Bu yanaşma həm etik baxımdan,  həm də müştəri hüquqları baxımından ciddi narahatlıq doğurur.

 

Axı restoran nə üçün var? Müştəriyə xidmət üçün! Kimisi bir fincan çayla təbiətdən zövq almaq istəyir, kimisi yemək yeyir. Amma bu, məcburiyyət olmamalıdır. Müştəriyə yemək yeməyə “məcburiyyət qoymaq” nə xidmət sektoruna, nə də Azərbaycanın qonaqpərvərlik mədəniyyətinə yaraşır. Üstəlik, bu hal yerli turistlərə qarşı baş verirsə, daha da ağır təsir bağışlayır.

Bəziləri deyə bilər: “Biz ərəb turistlərinə qarşı necə davranırıqsa, yerlimizə də elə davranırıq.” Amma həqiqət budur ki, çox zaman əcnəbilərə göstərilən diqqət və təbəssüm, təəssüf ki, yerli turistlərə qarşı nümayiş etdirilmir.

Belə hallar artıq cəmiyyətin səbrini daşırır. Restoranlar və ictimai iaşə obyektləri unutmamalıdırlar: müştəri - istədiyi xidməti seçməkdə azaddır. Çay sifarişi verən şəxs də müştəridir və ona hörmətlə yanaşılmalıdır. Bu, sadəcə etik məsələ deyil, həm də hüquqi çərçivədə tənzimlənə biləcək məsələdir.

Nəticə olaraq: Əgər biz doğrudan da turizmin inkişafını istəyiriksə, qonağa, xüsusilə də öz vətəndaşımıza qapı açmağı öyrənməliyik. Azərbaycanın hər guşəsi - xüsusən Qəbələ kimi turizm mərkəzləri - həm yerli, həm də xarici turist üçün bərabər və şəffaf xidmət prinsipi ilə çalışmalıdır.

 

Qonağın sifarişi azdır deyə onu incitmək, rədd etmək, ya da aşağılamamaq lazımdır. Axı bu torpağın qonaqpərvərliyi, adı, adəti - bu cür kiçik təzyiqlərdən daha böyükdür.

Bu təəssüf ki, bəzi məkanlarda müşahidə olunan acı bir reallıqdır. Pulun kimdən gəldiyinə baxaraq münasibət formalaşdırmaq - nə milli dəyərimizə, nə də insani etikaya uyğundur.

Ərəblərə qarşı süni təbəssümlə, sayğı ilə xidmət göstərib, öz millətinin nümayəndəsini aşağılayan, sifarişinə görə qapıdan qaytaran müəssisələr unudurlar ki, bu torpağın əsl sahibinə hörmətsizlik, öz kökünə sayğısızlıqdır.

Ərəblər turistdir, gəlir-gedər. Amma Azərbaycanlı bu ölkənin dayağıdır, sabah da, bir il sonra da sənin qapından keçəcək. Sənin biznesini ayaqda saxlayan da odur, imicini formalaşdıran da.

Əgər bir məkanda yerli turist sayqı görmür, sifarişi azdır deyə xor baxılırsa, orada nə xidmət anlayışından, nə də turizm mədəniyyətindən danışmağa dəyməz. 

Unutmasınlar ki, kimə təbəssüm edirsənsə, ona yox, öz vicdanına borclusan. Və heç kim - heç bir millət - öz ölkəsində ikinci dərəcəli qonaq kimi hiss etməməlidir.

Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930