Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 24-08-2025, 11:00
 
“Artıq beş ildir ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi möhtəşəm bərpa və yenidənqurma işlərini bütün dünya heyranlıqla izləyir. O cümlədən Laçının yenidən qurulması işləri böyük vüsətlə davam etdirilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyev cari ilin may ayının 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib. Həmçinin dövlətimizin başçısı Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib. Diqqətəlayiq haldır ki, Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb. Bu da azad edilmiş ərazilərimizin yaşıl enerji potensialından rasional istifadənin daha bir nümunəsidir. Əlbəttə ki, bu rayonda həyata keçirilən müasir infrastruktur layihələrindən danışarkən Laçın Beynəlxalq Hava Limanı xüsusi qeyd olunmalıdır. Mayın 28-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanıniştirakı ilə açılışı olmuş bu möhtəşəm hava limanının əsası 2021-ci ilin 16 avqust tarixində möhtərəm dövlət başçımız tərəfindən qoyulub. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşən bu hava limanı strateji təyinatı ilə yanaşı, regionun inkişafına da önəmli töhfələr verəcək.”

Shir.az xəbər verir ki, bu sözləri 26 avqust - Laçın şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat bildirib ki, Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məsələsi gələcək nəsillərin də milli-vətənpərvərlik ruhunda formalaşmalarına xidmət edən mühüm amillərdəndir: “Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunması ölkəmizin tarixi qələbə günlərinin əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində gənc nəslin milli-vətənpərvərlik ruhunda yetişməsinə təsir edən mühüm amillərdən biri kimi çıxış edir. Məhz bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Əlbəttə ki, bu gün bütün xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. Məlum olduğu kimi, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi idi. Belə ki, 2020-ci ilin noyabr ayının 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ölkə Prezidentinin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bütün bunlar eyni zamanda da Azərbaycanın öz suverenliyini və dövlət müstəqilliyini qorumaq iqtidarında olduğunu dünyaya nümayiş etdirən daha bir güclü amil kimi çıxış edir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930