Tarix: 16-07-2024, 09:57
İranın Kerman əyaləti Sirah rayonunda Rixter şkalası üzrə 4,9 maqnitudalıq zəlzələ olub.
Shir.az-a “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə iyulun 16-da yerli vaxtla saat 4.49-da baş verib.
Bildirilib ki, yeraltı təkanlar 8 km dərinlikdə qeydə alınıb.
İtki və dağıntı barədə məlumat yoxdur.