Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 31-08-2025, 13:00

 

31 avqust Afrika mənşəli xalqların Beynəlxalq Günü kimi qeyd edilir.

Shir.az xəbər verir ki, bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilmiş və məqsədi Afrika mənşəli xaqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. 31 avqustun qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.

Tarix boyu Fransa müstəmləkə siyasəti çərçivəsində Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımı aktları həyata keçirmiş, insan haqlarını kobud şəkildə pozmuş və bu siyasətini hələ də davam etdirməkdədir.

Fransa Afrikada yerləşən keçmiş müstəmləkələrində neokolonial siyasət həyata keçirməklə yanaşı, Reyunyon, Mayot, Qvadelup, Martinik və Fransız Qviyanası kimi müstəmləkə idarəçiliyi altında saxladığı ərazilərdə Afrika mənşəli xalqlara qarşı uzun illərdən bəri davam edən sosial, iqtisadi və siyasi basqılar edir. Bu siyasət çərçivəsində Fransa, yerli xalqların siyasi müstəqillik və iqtisadi sərbəstlik hüquqlarını məhdudlaşdırır, milli kimliklərin zəiflədilməsinə səbəb olur və təbii sərvətləri öz nəzarəti altında saxlamağa çalışır.

Reyunyon və Mayot adalarında əhali ciddi sosial və iqtisadi ədalətsizliklərlə üzləşir. İşsizlik səviyyəsi 30%-dən yüksəkdir, xüsusilə gənclər arasında işsizlik daha kəskin müşahidə olunur. Səhiyyə və təhsil sahələrində resurs çatışmazlığı insanların həyat keyfiyyətini aşağı salır. Qvadelup və Martinikdə də yüksək işsizlik (35%-dən çox), diskriminasiya və polis zorakılığı kimi sosial problemlər mövcuddur. Yerli əhali mədəni kimliklərini qorumaq üçün dövlət dəstəyindən məhrumdur. Fransız Qviyanasında işsizlik təxminən 40%-dir. Təbii sərvətlərin istismarı tamamilə Fransanın nəzarətindədir və yerli əhali iqtisadi faydaların çox hissəsindən məhrumdur.

Bakı Təşəbbüs Qrupu paytaxt Bakı şəhərində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Afrika mənşəli xalqların yaşadığı Reyunyon, Mayot, Qvadelup və digər müstəmləkə ərazilərinə həsr edilmiş beynəlxalq konfranslar təşkil etmiş, bu ərazilərdə yaşayan yerli xalqların, o cümlədən Afrika mənşəli xalqların müstəmləkəçilikdən qaynaqlanan problemlərinin BMT tribunasında qaldırılması istiqamətində çoxsaylı əməli fəaliyyət ortaya qoymuşdur. Təşkilat Fransa hökumətini adı çəkilən ərazilərdə törətdiyi qanunsuzlar barədə cavab verməyə məcbur etmiş və BTQ-nin rəhbər heyəti BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumlarında iştirak edərək onların fəaliyyətinə dəstək nümayiş etdirmişdir.

BTQ Fransanın bu ərazilərdə uzun illər ərzində bilərəkdən yaratdığı sosial və iqtisadi bərabərsizlikləri, milli kimliklərin sistemli şəkildə məhv edilməsini ətraflı dərc etdirdiyi hesabatlarında və sənədləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu hesabatlarda Fransanın müstəmləkə siyasətindən irəli gələn insan hüquqları pozuntuları, iqtisadi və siyasi bərabərsizliyin davam etməsi, habelə mədəni assimilyasiya ilə milli kimliklərin itirilməsi mövzuları geniş şəkildə işıqlandırılmışdır.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930