Tarix: Bu gün, 16:30
Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Shir.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.