Tarix: 16-07-2024, 12:42
Azərbaycanın iki karateçisi Qazaxıstanın Astana şəhərindən “Kazakhstan Open” turnirində fəxri kürsüyə qalxıb.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Shir.az-a bildiriblər ki, 61 kiloqram çəki dərəcəsində çıxış edən Oksana Nakoneçna gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Böyüklərin yarışında da fərqlənməyi bacaran idmançı bu dəfə üçüncü yerin sahib olub.
76 kiloqramda mübarizə aparan Rəşid Süleymanov isə 16-17 yaş kateqoriyasında gümüş mükafata yiyələnib.