"Türлiyə Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasını məmnuniyyətlə qarşılayır".
Shir.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Qurumdan vurğulanıb ki, bu, region üçün vacib addımdır.
"Azərbaycan və İran arasındakı münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin yenidən normal səviyyəyə çatmasını regionun sabitliyi və əməkdaşlıq ruhu baxımından vacib hesab edirik", - deyə bəyanatda bildirilib.