Yeni dərs ilinin başlanması münasibətilə Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 saylı məktəb rəhbərliyi tərəfindən valideynlərlə ənənəvi görüş keçirilib. Görüşdə şagirdlər və valideynlər bir araya gələrək qarşıdakı tədris ili ilə bağlı mühüm məsələləri müzakirə edilib.
Shir.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Tahirə Şükürova çıxış edərək, ötən dərs ilindən qoşulduqları “Şagird davranış qaydaları” adlı pilot layihənin mahiyyəti, məqsədi və tətbiqi qaydaları haqqında geniş məlumat verib. Layihənin əsas prinsipləri şagird və valideynlərlə birgə müzakirə olunub.
Bununla yanaşı, görüş zamanı valideynlərə məktəb qaydaları, məktəbli geyim forması, dərsə gecikmələr və davamiyyət mövzusunda mühüm tapşırıqlar və tövsiyələr verilib.
Qeyd edək ki, bu cür görüşlər məktəb–valideyn əməkdaşlığını gücləndirmək və tədris prosesinin daha səmərəli təşkili baxımından böyük əhəmiyyət daşıyır.