Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 26-09-2025, 23:30


Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, həm hüznü, həm də qüruru özündə daşıyan bir gündür - 27 Sentyabr
2020-ci ilin məhz bu günü Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu Vətən Müharibəsinə başladı. Bu müharibə 44 gün sürdü və Azərbaycanın tarixi zəfəri ilə başa çatdı.

Ancaq bu zəfər asan başa gəlmədi. Minlərlə igidsimətli Vətən övladı şəhidlik zirvəsinə ucaldı. Hər biri torpağın deyil, xalqın qəlbində əbədi yaşamaq haqqını qazandı.

27 Sentyabr - Anım Günü yalnız bir tarix deyil, bu gün şəhidlərin ruhuna ehtiramın, birlik və bərabərliyin, torpaq sevgisinin və millət ruhunun simvoludur. Hər il bu tarixdə bütün Azərbaycan xalqı başı dik, qürurla şəhidlərini anır, onların nurlu xatirəsini yad edir.

Bu gün məktəblərdə, universitetlərdə, dövlət qurumlarında və bütün ölkə boyunca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılır, onların ruhuna dualar oxunur. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları unudulmur, əksinə, xalqın ən ali dəyərləri kimi uca tutulur.

Vətən Müharibəsi Azərbaycanın yalnız torpaqlarını deyil, eyni zamanda milli qürurunu, birliyini və gücünü də geri qaytardı. Şəhidlərin qanı ilə yazılan bu tarix, gələcək nəsillərə vətənə necə sahib çıxmağın canlı dərsidir.

Biz bu gün şəhidlərimizi anmaqla yanaşı, onlara bir söz də veririk:  
“Siz unudulmadınız, heç vaxt da unudulmayacaqsınız.”

Qoy bu torpaqda hər bir addım atdıqca, şəhidlərin ayaq izləri, hər baxışda onların qoruduğu səma və hər nəfəsdə onların ruhu hiss olunsun.

Ruhunuz qarşısında baş əyirik!  
Yaşasın Azərbaycan!  
Qarabağ Azərbaycandır!🇦🇿

Nazlı Onur

 

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930