Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 30-09-2025, 19:46

1 oktyabr Azərbaycanda mühüm və dəyərli bir peşə bayramı - Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu tarix ölkəmizdə hüquq sisteminin, qanunun aliliyinin və ədalətin bərqərar olması uğrunda çalışan bütün prokurorluq əməkdaşlarına olan ehtiramın rəmzidir.

Prokurorluq orqanları dövlətin hüquq mühafizə sisteminin əsas dayaqlarından biridir. Onlar cinayətkarlığa qarşı mübarizənin ön cəbhəsində dayanır, qanunun pozulmasına qarşı qətiyyətlə çıxır və cəmiyyətin hüquqi təhlükəsizliyinin təminatçısı kimi çıxış edirlər. Prokuror - təkcə hüquqşünas deyil, o, həm də ədalətin təmsilçisi, vətəndaşların haqq səsini dinləyən bir vicdan səsidir.

Bu gün prokurorluq sistemində çalışan hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Onlar yalnız cinayətlərin araşdırılmasında deyil, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasında, məhkəmə sisteminə təqdim olunan işlərin obyektiv və vicdanlı şəkildə aparılmasında mühüm rol oynayırlar.

Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin prokurorluq orqanları Vətən müharibəsi zamanı da üzərlərinə düşən missiyanı ləyaqətlə yerinə yetirdilər. Həm döyüş bölgəsində törədilən erməni vəhşiliklərinin sənədləşdirilməsi, həm də hərbi cinayətlərin hüquqi qiymətləndirilməsi istiqamətində aparılan işlər böyük peşəkarlıq nümunəsi oldu.

Bu peşəyə yiyələnmək, bu yolda çalışmağı seçmək - yalnız bilik deyil, həm də ədalətə, dürüstlüyə və vicdana bağlılıq tələb edir.
Cəmiyyətin gözləntisi isə dəyişməzdir: ədalətli, qərəzsiz, qanunlara sadiq bir sistem.

Bu bayram münasibətilə ölkəmizin hüquq mühafizə sistemində çalışan bütün prokurorları, müstəntiqləri və digər əməkdaşları səmimi-qəlbdən təbrik edirəm. Onların gecə-gündüz demədən gördüyü ağır, amma şərəfli xidmət daim yüksək qiymətə layiqdir.

Hüququ qoruyan əllər heç vaxt yorulmasın!  
Ədalət işığında çalışan hər bir kəsin yolu daim aydın və uğurlu olsun!

1 oktyabr - Peşə gününüz mübarək!

Hörmətlə,  
Nazlı Onur

1 oktyabr 2025-ci il

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930