Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 5-10-2025, 00:30

5 oktyabr dünyada və ölkəmizdə Müəllimlər Günü kimi qeyd olunur. Bu gün təkcə bir peşə bayramı deyil, bir millətin taleyinə işıq salan, gələcəyini formalaşdıran insanlara göstərilən böyük hörmətin və ehtiramın ifadəsidir.

Müəllim təkcə sinif otağında deyil, həyatda da örnəkdir…

Müasir dövrdə informasiya sürətlə dəyişir, texnologiya həyatımıza yön verir. Lakin dəyişməyən bir dəyər var -müəllimin rolu. Süni intellekt, onlayn təhsil və digər yeniliklər bəlkə də bilik ötürməni asanlaşdırır, amma sevgi ilə öyrətmək, ruhla tərbiyə vermək yalnız müəllimə məxsus bir bacarıqdır.

Müəllimlər uşaqlara sadəcə faktları öyrətmir, onlara insan olmağı, vətəni sevməyi, əmək və zəhmətin dəyərini anlatırlar. Çətinliklərlə üzləşsələr də, yenə də sabahın böyük insanlarını yetişdirməyə davam edirlər. Bu, qəhrəmanlıqdır -səssiz, göstərilməyən, lakin cəmiyyətin inkişafında əsas rol oynayan qəhrəmanlıq.

Hər uğurlu həkimin, mühəndisin, jurnalistin, prokurorun arxasında bir müəllim dayanır…

Bəzən unuduruq -biz harada olsaq da, hansı pilləyə çatsaq da, bu yolun başlanğıcı məktəb partasından, müəllimin səsindəki istilikdən başlayır. Məni yazmağa, düşünməyə, soruşmağa ruhlandıran müəllimlərimin hər biri bu gün qəlbimdədir. Əgər bir jurnalist kimi cəmiyyətə az da olsa işıq sala bilirəmsə, bu işığın ilk çırağını yandıran onlar olub.
Bu müqəddəs peşəni sevərək və məsuliyyətlə yerinə yetirən hər bir müəllimi təbrik edirəm. İstər kənd məktəbində, istər şəhər liseyində - fərqi yoxdur, onların əməyi eyni dərəcədə müqəddəs və əvəzsizdir.

Müəllimlərə yalnız bu gün deyil, hər gün hörmət borcluyuq. Onların qarşısında baş əymək, cəmiyyət olaraq boynumuzun borcudur.

Cəmiyyətin qəlbini inşa edən müəllimlərimiz -bayramınız mübarək!

Nazlı Onur

5 oktyabr, 2025-ci il

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930