Tarix: Dünən, 13:30

Bu gün Azərbaycan kino və teatr sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür.
Leyla Bədirbəyli milli mədəniyyətimizin inkişafında mühüm rol oynamış, səhnə və ekran sənətində yaratdığı unudulmaz obrazlarla tamaşaçıların yaddaşında dərin iz qoymuşdur. Onun zəngin yaradıcılığı bu gün də Azərbaycan sənət tarixinin dəyərli səhifələrindən biri kimi xatırlanır.
Görkəmli sənətkarın əziz xatirəsi hörmətlə anılır.
Allah rəhmət etsin, ruhu şad olsun.














































