Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 6-02-2026, 13:30

Məktəb divarları arxasında cinayət…-

Bakıda yerləşən İdrak Liseyində baş verən silahlı insident təkcə bir təhsil müəssisəsinin deyil, bütövlükdə cəmiyyətimizin üzünə tutulan acı güzgüdür. Məktəb divarları arasında güllə səsi eşidilməsi, müəllimin - özü də 29 yaşlı bir qadın müəllimin - şagird tərəfindən ağır yaralanması heç bir halda adi hadisə kimi qəbul edilə bilməz. Bu, “ehtiyatsızlıq” sözü ilə izah ediləcək qədər sadə məsələ deyil.

Məktəb - uşağın təhlükəsiz olduğu, valideynin rahatlıqla övladını əmanət etdiyi, müəllimin isə qorxmadan, şagirdinin gözünün içinə baxaraq dərs dediyi məkandır. Əgər bir şagird ov tüfəngini məktəb çantasına qoyub rahatlıqla təhsil müəssisəsinə daxil ola bilirsə, burada artıq sual təkcə şagirdə yox, sistemə ünvanlanmalıdır.

Biz bu hadisəyə yalnız “bədbəxt təsadüf” prizmasından baxsaq, sabah oxşar xəbərlərə də hazır olmalıyıq. Çünki təsadüf adlandırılan bir çox hadisələrin arxasında illərlə yığılan laqeydlik, nəzarətsizlik və məsuliyyətsizlik dayanır.

Birinci sual: məktəbdə təhlükəsizlik necə təşkil olunub?

İkinci sual: şagirdin psixoloji durumu, ailə mühiti, davranışları izlənilibmi?

Üçüncü və ən vacib sual: müəllim bu gün özünü nə qədər güvənli hiss edir?

Müəllim artıq təkcə dərs deyən yox, eyni zamanda psixoloq, tərbiyəçi, sosial işçi rolunu oynayır. Amma bütün bu yüklə yanaşı, onun can təhlükəsizliyi belə təmin olunmursa, bu peşədən fədakarlıq gözləmək ədalətsizlikdir. Müəllimin qorxu ilə dərs dediyi cəmiyyətdə sağlam nəsil yetişməz.

Hadisədən sonra valideynlərin övladlarını məktəbdən aparması da təsadüfi deyil. Bu, valideyn instinktidir: “Uşağım güvəndədirmi?” sualı cavabsız qaldıqda, heç bir rəsmi açıqlama rahatlıq gətirmir.

Ən ağrılı məqam isə məsuliyyəti yumşaltmaq cəhdidir. “Ehtiyatsızlıqdan baş verib” ifadəsi cəmiyyətin qəzəbini sakitləşdirmir, əksinə, yeni suallar doğurur. Silahın məktəbə gətirilməsi ehtiyatsızlıqdırsa, onun nəzarətsiz qalması nədir?

Bu gün yaralanan bir müəllimdir. Sabah bu, bir şagird, bir valideyn və ya daha ağır faciə ola bilər. Ona görə də bu hadisə unudulmamalı, gündəmdən tez çıxarılmamalıdır. Təhlükəsizlik protokolları yenidən nəzərdən keçirilməli, məktəblərdə psixoloji nəzarət gücləndirilməli, müəllimin statusu və toxunulmazlığı real mexanizmlərlə qorunmalıdır.

Məktəbdə səslənməli olan tək səs zəngin səsi və müəllimin səsidir. Güllə səsi yox.

Bu hadisə bir xəbər deyil. Bu, bir xəbərdarlıqdır.

Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031