
Nərimanovda məktəbdə təhlükəsizlik mövzusunda polis–məktəb görüşü keçirilib
Shir.az xəbər verir ki, məktəbdə təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması məqsədilə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları ilə məktəb kollektivi arasında görüş təşkil olunub.
Görüşdə Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov və idarənin digər məsul əməkdaşları iştirak ediblər.
Tədbir zamanı məktəblərdə təhlükəsizliyin təmin olunması, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, şagirdlər arasında hüquq pozuntularının və zərərli vərdişlərin qarşısının alınması, internet təhlükəsizliyi, bullinq və zorakılıq halları, eləcə də polis–məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə edilib.
Qeyd olunub ki, bu cür görüşlərin əsas məqsədi müəllimlərin hüquqi maarifləndirilməsini artırmaq, şagirdlərin təhlükəsiz və sağlam mühitdə təhsil almalarını təmin etmək, eyni zamanda valideyn–məktəb–polis əməkdaşlığını daha da möhkəmləndirməkdir.
Görüş diskussiya formatında keçirilib, polis əməkdaşları müəllimləri maraqlandıran sualları cavablandırıblar.


















































